Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar Səudiyyə Ərəbistanı Krallığında nəşr olunan nüfuzlu “Ər-Riyad” qəzetində Səfir Rasim Rzayevin geniş məqaləsi dərc olunmuşdur.
Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni yaraqlıları SSRİ-nin Xankəndində yerləşmiş 366-cı motoatıcı alayının zirehli texnika və hərbiçilərinin köməyi ilə Xocalı şəhərini yerlə yeksan edilməsi, burada yaşayan mülki əhalini qəddarlıqla qətlə yetirilməsi, bu qəddarlıq və insani vəhşilik baxımından misilsiz sayıla bilinən cinayət nəticəsində Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək yolunda hər cür hərəkətə hazır olduqları və Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri bu növbəti kütləvi qırğın zamanı 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanın öldürülməsi və 1275 dinc sakinin əsir götürüldüyü qeyd olunmuşdur.
Həmçinin, Səfir R.Rzayev Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşəti ilə dünya ictimaiyyətinə çatdırmaq, bunun Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırım siyasəti kimi tanınmasına nail olmaq, beynəlxalq hüquqi-siyasi qiymət vermək, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının cəzalandırmaq, insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə də təkrar olunmaması üçün mühüm şərt olduğunu vurğulamışdır.