Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rasim Rzayev Krallığın xarici işlər naziri Adil bin Əhməd Əl-Cübyerlə görüşmüşdür.
Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əlaqələrin və birgə faydalı əməkdaşlığın inkişafı yolları, eləcə də ortaq maraq doğuran mövzular müzakirə olunmuşdur.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kral Salman bin Əbdüləziz Al Səudun dəvəti əsasında 05-07 aprel 2015-ci il tarixlərində Səudiyyə Ərəbistanına rəsmi səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərə yeni dinamizm gətirdiyi və əməkdaşlığın inkişafı üçün geniş üfüqlər açdığı məmnunluqla vurğulanmış, Azərbaycan və SƏK arasında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin inkişafına təkan verdiyi və əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyi qeyd olunmuşdur.
Görüşlə bağlı məlumat SƏK-in aparıcı kütləvi informasiya vasitələrindən olan “Ər-Riyad” və “Əl-Cəzirə” qəzetlərində, eləcədə Səudiyyə Xəbər Agentliyində də geniş işıqlandırılmışdır.
http://www.alriyadh.com/1133774
http://www.al-jazirah.com/2016/20160302/ln77.htm