2016-05-09

2016-cı ilin 09 may tarixində Ümummilli lider Heydər Əliyevin anadan olması ilə əlaqədar SƏK-in nüfuzlu "Əl-Cəzirə" qəzetində Səfir Rasim Rzayevin "Heydər Əliyev və islam dünyası" adlı geniş məqaləsi çap olunmuşdur.

Məqalədə Azərbaycanın islam dünyası ilə bütün sahələrdə əlaqələrin genişləndirilməsi, xalqlar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi, münasibətlərinin dərinləşdirilməsi istiqamətində Heydər Əliyevin gördüyü işlər barədə məlumatlar öz əksini tapmışdır.
Həmçinin müsahibədə, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mövcud olan əlaqələr, bu əlaqələrin yaradılmasında Heydər Əliyevin əvəzsiz rolu, iki ölkə arasında imzalanmış sazişlər, eləcədə 1994-cü ilin 9-13 iyul tarixlərində SƏK-ə səfəri zamanı Kral Fəhd bin Əbdüləziz Al-Saud ilə görüşü, iki ölkə arasında Əməkdaşlığa dair Baş Sazişin imzalanması, müqəddəs Kəbəni ziyarət etməsi, eyni zamanda 1997-ci ilin 11 dekabr tarixində Tehran şəhərində keçirilmiş İslam Konfransı Təşkilatının zirvə görüşü çərçivəsində hazırkı Kral Abdulla bin Əbdüləziz Al-Saudla görüşü işıqlandırılmışdır.

 

Arxiv üzrə axtarış