2016-05-12

28 may-Respublika Günü ərəfəsində SƏK-də fəaliyyət göstərən "Al-Manatiq" internet portalında Səfirlik tərəfindən hazırlanan "Səudiyyə Ərəbistanı və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 24-cü ildönümü münasibətilə" başlığı altında geniş məqalə dərc olunmuşdur.

Məqalədə 24 il bundan öncə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin qurulması, ölkələr arasında ikitərəfli əlaqələrin siyasi, mədəni, humanitar, iqtisadi və digər sahələrdə intensiv şəkildə inkişafı, əldə olunmuş uğurlar və neft-qaz sahəsində imzalanmış sazişlər, eləcədə Səfirliyin bu illər ərzində göstərdiyi fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.
 
Həmçinin, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatlar çərçivəsində SƏK rəhbərliyi tərəfindən Azərbaycanın haqlı mövqeyinin daim dəstəkləndiyi, münaqişə ilə bağlı SƏK və İƏT-nin tutduğu prinsipial mövqeyi, ölkəmizin 20 faiz ərazisinin işğal olunduğu və 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvalarından didərgin salındığı xüsusi ilə qeyd edilmişdir.
 

Arxiv üzrə axtarış