2016-05-17

Cari ilin 17 may tarixində Səfirlikdə ilk dəfə Azərbaycan Respublikası vətəndaşlarına yeni nəsil biometrik pasportun təqdim edilmə mərasimi keçirilmişdir.

İlk dəfə Azərbaycan Respublikası vətəndaşının pasportunu əldə edən Səudiyyə Ərəbistanı Krallığında yaşayan həmvətənlərimiz Quliyev Xalid və Quliyev Əbdülhəmidə yeni nəsil biometrik pasportlar Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rasim Rzayev tərəfindən təqdim edilmişdir. Vətəndaşlarımızı təbrik edən R.Rzayev Krallıq ərazisində yaşayan bütün həmvətənlərimizin Səfirliklə sıx əlaqədə olmasından məmnunluğunu ifadə edərək, soydaşlarımızın hüquq və mənafelərinin qorunması, onlara lazımi hüquqi yardımların vaxtlı-vaxtında göstərilməsi üçün bu əlaqələrin böyük əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmək istərdik ki, X.Quliyev və Ə.Quliyev ilk dəfə olaraq Azərbaycan Respublikası vətəndaşının pasportunu əldə etmişlər.
2013-cü ilin sentyabr ayından ölkəmizdə vətəndaşlara rəsmiləşdirilən yeni nəsil biometrik pasportlar Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Oman Sultanlığı və Yəmən Respublikasında daimi və ya müvəqqəti yaşayan vətəndaşlarımız üçün sözügedən pasportların hazırlanması prosesi bu ilin aprel ayından Səfirlik tərəfindən həyata keçirilməyə başlanılmışdır.   
 

Arxiv üzrə axtarış