Azərbaycanın Səudiyyə Ərəbistandakı səfirliyində referendum ilə bağlı səsvermə başlayıb
Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı Azərbaycanda keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində yaradılmış məntəqə seçki komissiyası sentyabrın 26-da Ər-Riyad vaxtı ilə saat 9.00-da (Bakı vaxtı 10.00) səsverməyə açılıb.
Burada 16 saylı Yasamal ikinci seçki dairəsinin tərkibində yaradılmış 35 nömrəli seçki məntəqəsi fəaliyyət göstərir. Bu məntəqədə səsvermənin azad və şəffaf keçirilməsi üçün nəzərdə tutulan bütün şərait yaradılıb. Məntəqə şəffaf qutu ilə təmin olunub.
Bu məntəqə üzrə konsulluq qeydiyyatında olan 74 Azərbaycan vətəndaşı səs verəcəkdir.