2017-03-03

“Arab News” qəzetində dərc olunmuş müsahibədə Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin inkişafından bəhs edilir

Səudiyyə Ərəbistanı Krallığında ingilis dilində nəşr olunan çoxtirajlı “Arab News” qəzetində Azərbaycan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə əlaqədar səfir Rasim Rzayevin müsahibəsi dərc edilib.

Müsahibədə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında mövcud tarixi, dini və siyasi yaxınlıqdan, ikitərəfli münasibətlərin 25 il ərzində davamlı inkişafından bəhs edilir. Həmçinin iki ölkə arasında münasibətlərin əsasını qoyan ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfərinin uğurlu nəticələri diqqətə çatdırılır. Səfir Səudiyyə Ərəbistanının bütün beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini dəstəkləməsi, həmçinin iki ölkə arasında son illər turistik əlaqələrin sürətlə inkişaf etməsi barədə də oxuculara məlumat verir.

Arxiv üzrə axtarış