2018-01-22

“Əl-Cəzirə” qəzeti 20 Yanvar faciəsindən yazır

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayevin 20 Yanvar faciəsi ilə bağlı “Azərbaycanın unudulmayan tarixi” adlı məqaləsi bu ölkənin “Əl-Cəzirə” qəzetində dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalələrdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının hərbi qüvvələrinin Azərbaycanda törətdiyi tarixi cinayətdən bəhs olunur. Bu faciənin bəşəri dəyərlərə qarşı cinayət olduğunu əsaslandıran R.Rzayev yazır ki, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar hadisələri zamanı Azərbaycana ağır mənəvi və xeyli maddi zərər vurulub, xalqın bütün hüquqları pozulub.

Bütün bunların keçmiş sovet imperiyasının sonuncu rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinin nəticəsi olduğunu diqqətə çatdıran müəllif Qanlı Yanvar hadisələrində şəhid olanlar və yaralananlar arasında azyaşlı uşaqların, qocaların və qadınların olması, əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edilməsi faktları barədə də məlumat verib.

Arxiv üzrə axtarış