İslam Əməkdaşlığı Təşkilatının (İƏT) rəsmi internet səhifəsində “İƏT işğal olunmuş Dağlıq Qarabağda seçkilərin keçirilməsini rədd edir”
(“OIC Rejects the Holding of Elections in the Occupied Nagorno-Karabakh”) başlıqlı bəyanat dərc edilmişdir.
Bəyanatda Ermənistan Respublikası tərəfindən 2020-ci ilin 31 mart tarixində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində “seçkilər”in keçirilməsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulması kimi qiymətləndirilir.
Bundan əlavə, bəyanatda İƏT və ATƏT-in müvafiq qətnamə və qərarlarına uyğun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız sülh yolu ilə və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında həll olunmasının mümkünlüyü qeyd olunmuşdur.