2020-07-06

Səudiyyə Ərəbistanı Krallığında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə

Bildirmək istərdik ki, Səudiyyə Ərəbistanı Krallığında müvəqqəti və daimi əsasda yaşayan
Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə təxliyə olunması ilə əlaqədar 10 iyul
2020-ci il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Ər-Riyad-Bakı istiqaməti
üzrə birbaşa çarter reysinin təşkil olunması planlaşdırır.

Çarter reysilə vətənə qayıtmaq istəyən Azərbaycan Respublikası vətəndaşlarından təcili
olaraq Səfirliklə əlaqə saxlanılması xahiş olunur.

Bununla bağlı bildiririk ki, AZAL-ın qaydalarına uyğun olaraq, sözügedən çarter reysinə
yalnız koronavirus (COVID-19) testindən keçmiş və nəticəsi neqativ olan sərnişinlər
buraxılacaq (test uçuşdan ən gec 48 saat əvvəl verilməlidir).

AZAL-ın yeni qaydalarına əsasən, yalnız qadın əl çantasının və ya kişi portfelinin, yaxud
30x35x10 sm ölçüdən böyük olmayan portativ kompüter üçün çantanın (çanta yalnız
təyinatı üzrə istifadə edilməlidir) əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o
cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj bölməsinə təhvil
verilməlidir. "Duty Free" mağazalarından alınan əşyaların da təyyarədə əl yükü qismində
daşınması qadağandır.

Uçuşun şərtləri və digər təfərrüatları ilə bağlı məlumatın əldə edilməsi üçün Səfirliyə
müraciət edilməsini xahiş edirik:

+966 11 419 2382
riyadh@mission.mfa.gov.az

Arxiv üzrə axtarış