2020-09-16

İƏT-in Baş katibi: Azərbaycanın İslam aləminin birgə tədbirlərinə böyük töhfə verir

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd Osaymin Azərbaycanın bu təşkilata verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. O, həmçinin ölkəmizin İƏT-in fəaliyyətində mühüm rolunu vurğulayıb, İslam aləminin birgə tədbirlərinə böyük töhfə verdiyini qeyd edib.

AZƏRTAC xəbər verir ki, İƏT-in Baş katibinin Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri və təşkilatdakı daimi nümayəndəsi Şahin Abdullayevlə keçirdiyi görüşdə əməkdaşlığın perspektivləri müzakirə edilib. Tərəflər müxtəlif sahələrdə əlaqələrin daha da inkişafının zəruriliyini vurğulayıblar.

Səfir Ş.Abdullayev təşkilatın Azərbaycanın ərazi bütövlüyünü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli üzrə ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə İƏT-in Baş katibinə təşəkkürünü bildirib.

Arxiv üzrə axtarış