AZƏRBAYCAN - SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞI

  1. 2 İkitərəfli münasibətlərin müqavilə-hüquq bazası

    Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında imzalanmış sənədlər

    1. Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq haqqında Baş Saziş (Ciddə şəhəri, 10 iyul 1994-cü il)
    2. Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında Saziş (Ər-Riyad şəhəri, 12 fevral 2001-ci il)
    3. Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında Hökumət səviyyəsində Müştərək Komissiyanın Birinci iclasının Protokolu (Bakı şəhəri, 21 fevral 2001-ci il)
    4. Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında Hökumət səviyyəsində Müştərək Komissiyanın İkinci iclasının Protokolu (Ər-Riyad şəhəri, 15 fevral 2004-cü il)
    5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi arasında ikitərəfli siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu (Ər-Riyad şəhəri, 04 yanvar 2005-ci il)
    6. Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş (Ər-Riyad şəhəri, 09 mart 2005-ci il)
    7. Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Kredit Saziş (Vəlvələçay-Taxtakörpü kanalının tikintisi layihəsi) (Ər-Riyad şəhəri, 09 mart 2005-ci il)
    8. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Ali Təhsil Nazirliyi arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında Memorandum (Bakı şəhəri, 15 yanvar 2007-ci il)
    9. Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə Kredit Sazişi (Bakı şəhəri, 20 noyabr 2009-cu il)
    10. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu (Mədinə şəhəri, 12 mart 2013-cü il)
    11. Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyasının Üçüncü iclasının Protokolu (Bakı şəhəri, 11 dekabr 2013-cü il)
    12. “Azərbaycan Respublikasının Hökuməti və Səudiyyə Ərəbistanı Krallığının Hökuməti arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında Saziş” (Ər-Riyad şəhəri, 13 may 2014-cü il)
    13. “Azərtac Dövlət Teleqraf Agentliyi və Səudiyyə Press Agentliyi arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Memorandum” (Bakı şəhəri 30 may 2014-cü il)
    14. “Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə” Kredit Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (Bakı şəhəri, 30 dekabr 2014-cü il)
    15. “Azərbaycan Respublikasının Hökuməti və Səudiyyə Ərəbistanı Krallığının Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” layihəsi (Ciddə şəhəri, 07 iyul 2015-ci il)
    16. Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyasının Dördüncü iclasının Protokolu (Ər-Riyad şəhəri, 15 dekabr 2015-ci il)
    17. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Səudiyyə Ərəbistanı Krallığının Kral Əbdüləziz adına Tədqiqat və Arxiv Fondu arasında Anlaşma Memorandumu (Bakı şəhəri, 10 may 2016-cı il)
    18. Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol (Ər-Riyad şəhəri, 19 fevral 2018-ci il)
    19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu (Ər-Riyad şəhəri, 28 yanvar 2019-cu il)
    20. Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyasının Beşinci iclasının Protokolu (Bakı şəhəri, 04 mart 2019-cu il)
    21. Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş (Ər-Riyad şəhəri, 07 aprel 2019-cu il)

 

 Əsas yüksək səviyyəli səfərlər və görüşlər

(son üç il ərzində)

Azərbaycan-Səudiyyə Ərəbistanı

münasibətləri

 

03-06 iyun 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva SƏK-də səfərdə olmuşdur. Səfər çərçivəsində G.Paşayeva Kral Feysəl Tədqiqatlar və İslam Araşdırmaları Mərkəzinin baş katibi Yəhya Mahmud Bin Cüneydlə görüşmüş və SƏK XİN-in Diplomatik Araşdırmalar İnstitutunda “Səudiyyə Ərəbistanı-Azərbaycan əlaqələri: Müştərək məsələlər” mövzusunda təşkil olunmuş seminarda iştirak etmişdir.

12 iyun 2015-ci il tarixində Bakı şəhərində keçirilmiş Birinci Avropa Oyunlarının açılış mərasimində Səudiyyə Ərəbistanı Krallığını Gənclərə Qayğı üzrə Qurumun baş direktoru, Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin sədri şahzadə Abdullah bin Musaid bin Əbdüləziz təmsil etmişdir.

01-04 noyabr 2015-ci il tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində "Karbon Qazının Müsadirəsi Liderlik Forumu"nun Altıncı Nazirlər Konfransı keçirilmişdir. SƏK Kralı Salman bin Əbdüləziz Al Səudun himayəsi altında təşkil olunmuş Konfransda, Azərbaycan Respublikasını energetika naziri Natiq Əliyev və Nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov təmsil etmişlər.

15-16 dekabr 2015-ci il tarixlərində Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək komissiyanın Dördüncü İclasında iştirak etmək məqsədilə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanında səfərdə olmuşdur. Səfər zamanı Ş.Mustafayev Səudiyyə Palatalar Şurasının sədri Əbdürrəhman Əl-Zamil və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman və Krallığın aparıcı şirkətlərindən olan Sabic Neft-Kimya Şirkətinin Baş icraçı direktoru Yusif Abdulla Əl-Bünyanla görüşmüşdür. Səfər çərçivəsində Səudiyyə Ərəbistanı - Azərbaycan biznes forumu keçirilmişdir.

25-27 aprel 2016-cı il tarixlərində SƏK-in mədəniyyət və informasiya naziri Adil bin Zeyd Əl-Tureyfi BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunda iştirak etmək üçün Azərbaycan Respublikasında səfərdə olmuş, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşmüşdür.

18 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əl-Faleh ilə görüşmüşdür.

31 yanvar-07 fevral 2017-ci il tarixlərində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanı Krallığında səfərdə olmuş, səfər çərçivəsində İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud tərəfindən qəbul edilmiş, mədəniyyət və informasiya naziri Adil bin Zeyd Əl-Tureyfi ilə görüşmüş və “Əl-Cənadiriyyə” Milli İrs Festivalının açılış mərasimində iştirak etmişdir.

09-10 mart 2017-ci il tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Körfəz məsələləri üzrə dövlət naziri Tamer Əl-Səbhan Azərbaycan Respublikasında səfərdə olmuş, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, AR Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla və müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşmüşdür.

16-17 mart 2017-ci il tarixlərində Kral Feysəl İslam Araşdırmaları və Tədqiqatları Mərkəzinin İdarə Şurasının sədri şahzadə Turki Əl-Feysəl Azərbaycan Respublikasında səfərdə olmuş, səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşmüş və V Qlobal Bakı Forumunda iştirak etmişdir.

04-05 aprel 2017-ci il tarixlərində İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti şahzadə Abdullah bin Musaid bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasında səfərdə olmuş, səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, gənclər və idman naziri Azad Rəhimovla görüşmüşdür.

04-06 aprel 2017-ci il tarixlərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Səudiyyə Ərəbistanı Krallığında səfərdə olmuş, səfər zamanı İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud tərəfindən qəbul edilmiş, SƏK vəliəhdinin varisi, Nazirlər Şurası sədrinin ikinci müavini, müdafiə naziri şahzadə Məhəmməd bin Salmanla görüşmüşdür.

26-27 aprel 2017-ci il tarixlərində Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əl-Faleh Azərbaycanda səfərdə olmuş, səfər zamanı Prezident İlham Əliyev və Baş nazir Artur Rasi-zadə tərəfindən qəbul edilmiş, AR-in energetika naziri Natiq Əliyevlə görüşmüşdür.

11 may 2017-ci il tarixində Səudiyyə Ərəbistanı Krallığının Körfəz məsələləri üzrə dövlət naziri Tamer Əl-Səbhan Azərbaycan Respublikasında səfərdə olmuş, səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.

20-21 may 2017-ci il tarixlərində tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ər-Riyad şəhərində keçirilən Ərəb-İslam-ABŞ Sammitində iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığında səfərdə olmuşdur.

29 oktyabr-03 noyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Səudiyyə Ərəbistanı Krallığında səfərdə olmuş, səfər çərçivəsində SƏK-in islam məsələləri, çağırış və irşad naziri şeyx Saleh bin Əbdüləziz Al Əl-Şeyx, İslam Dünyası Liqasının Baş katibi Məhəmməd bin Əbdülkərim Əl-İsa, Kral Salman adına Humanitar Yardım Mərkəzinin İctimaiyyətə Dəstək Departamentinin direktoru Abdullah Əl-Ruayli və Ümumdünya İslam Gənclər Assambleyasının (WAMY) Baş katibinin nümayəndəliklər və beynəlxalq əlaqələr üzrə müavini Əbdülhəmid bin Yusif Əl-Məzru ilə görüşmüş, Kral Feysəl adına İslam Tədqiqatları və Araşdırmaları Mərkəzi və şahzadə Məhəmməd bin Nayif adına Reabilitasiya və Qayğı Mərkəzi ilə tanış olmuşdur.

13-16 yanvar 2018-ci il tarixlərində Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığında səfərdə olmuş, səfər çərçivəsində İki Müqəddəs Ocağın xadimi Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud tərəfindən qəbul edilmiş, səudiyyəli həmkarı Xalid Əl-Falehlə və “Saudi ARAMCO” neft şirkətinin prezidenti Əmin Nasirlə görüşmüşdür.

19-20 fevral 2018-ci il tarixlərində Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov Səudiyyə Ərəbistanında səfərdə olmuş, səfər zamanı İki Müqəddəs Ocağın xadimi Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud tərəfindən qəbul edilmiş və səudiyyəli həmkarı şahzadə Əbdüləziz bin Səud bin Nayiflə görüşmüşdür. Səfər çərçivəsində Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol imzalanmışdır.

19-22 sentyabr 2018-ci il tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Məşvərət Şurasının sədri Abdullah bin Məhəmməd bin İbrahim Al Əl-Şeyx Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaradılmasının 100-cü ildönümü münasibətilə təşkil olunan təntənəli tədbirdə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur.

Azərbaycanın xarici siyasətində Səudiyyə Ərəbistanının yeri

Azərbaycan Respublikasının xarici siyasətində Səudiyyə Ərəbistanı Krallığı xüsusi yer tutur. Səudiyyə Ərəbistanı Körfəz regionunun ən böyük dövləti, ərəb dünyasının liderlərindən və islam dünyasının ən nüfuzlu ölkələrindəndir.

Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində davamlı olaraq dəstəkləyir və işğalçılıq siyasəti yürüdən Ermənistanla indiyədək diplomatik münasibətlər qurmamışdır. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əlaqələr çoxşaxəlidir.

24 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyi tərəfindən Xocalı faciəsinin 23-cü ildönümü və tanınması ilə əlaqədar Səudiyyə Ərəbistanı Krallığı Məşvərət Şurasında (parlament) tədbir keçirilmişdir.

Tədbirdə Məşvərət Şurasının üzvləri, SƏK-Azərbaycan Dostluq Qrupunun rəhbəri Abdulla Bin Məhəmməd Əl-Nasir, deputatlar - xanım Əməl bint Sələmə Əl-Şəmən, xanım Nihad bint Məhəmməd Əl-Ceşi, Səid bin Abdullah Əl-Şeyx, Abdullah bin Əli Əl-Munif, Məhəmməd bin Dəxil Əl-Mutairi, Məhəmməd Saleh Dehaim və digərlər iştirak etmişlər. 

İkitərəfli əməkdaşlığın digər sahələri

2012-ci ilin 01-04 aprel tarixlərində Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam Allahşükür Paşazadə 2012-ci il həcc mövsümü ilə əlaqədar təşkilatı məsələləri həll etmək məqsədilə Səudiyyə Ərəbistanında səfərdə olmuşdur. Səfər zamanı  Allahşükür Paşazadə Səudiyyə Krallığının həcc naziri Bəndər Bin Məhəmməd və nazirin həcc məsələləri üzrə müavini Hatim Qadi və İslam Əməkdaşlıq Təşkilatının sədri İkmələddin İhsanoğlu ilə görüşmüşdür. Növbəti həcc mövsümünə dair Qafqaz Müsəlmanları İdarəsi ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında müvafiq protokol da imzalanmışdır.

2012-ci ilin 01 may tarixində Səudiyyə Ərəbistanının Kralı Əbdüləziz adına Elm və Texnologiya Mərkəzinin elmi layihələr üzrə direktoru Süleyman Məhəmməd Alfadul Azərbaycana səfər etmiş və səfər zamanı Bakı Dövlət Universitetini ziyarət etmişdir.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və Süleyman Məhəmməd Alfadul arasında keçirilmiş görüşdə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əlaqələrin inkişafından, Azərbaycan dövlətinin elm və təhsilə göstərdiyi diqqət və qayğısından bəhs edilmişdir.

2012-ci ilin 02 oktyabr tarixində Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının İdarə Heyətinin keçirilmiş iclaslarında iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanda səfərdə olmuşdur.  Nümayəndə heyətində MOK-un və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov və MOK-un məsul işçisi, İslam Qadın və İdman Federasiyasının birinci komitəsinin üzvü Könül Nurullayeva yer almışlar.

Tədbirdə İHİF-in İcraiyyə Komitəsinə Azərbaycanın 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi ilə bağlı rəsmi müraciət təqdim olunmuşdur. Azad Rəhimov və Çingiz Hüseynzadə iclasda çıxış etmişlər. Burada həmçinin, İslam Həmrəylik Oyunlarının paytaxtımızda keçirilməsi ilə bağlı ilkin texniki kitabın təqdimat mərasimi keçirilmişdir. Kitabda tədbirlər planı, görüləcək işlər, mövcud vəziyyət, nəqliyyat infrastrukturu, tibb sahəsi, idmanda əldə olunan uğurlar, könüllülərin iş prinsipi, turizmin inkişafı və sair mövzular əksini tapmışdır. İclasda Azərbaycan və Bakı haqqında qısa video çarx da nümayiş etdirilmişdir.

2013-cü ilin 12-14 mart tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Mədinə şəhərinin 2013-cü ildə İslam mədəniyyəti paytaxtı elan edilməsi ilə əlaqədar həmin şəhərdə keçirilmiş mərasimdə iştirak etmişdir.

Tədbir çərçivəsində Ə.Qarayev Krallığın Turizm və Qədim Abidələr üzrə Baş Komissiyasının prezidenti şahzadə Sultan bin Salman bin Əbdüləziz Əl-Səud ilə görüşmüşdür. Görüşün sonunda “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır. Səfər zamanı nümayəndə heyətini AR-in SƏK-dəki Səfiri Rasim Rzayev müşayiət etmişdir.

2013-cü ilin 13-17 aprel tarixlərində Ər-Riyadda “Beynəlxalq Polis Akademiyası birliyi”nin (İNTERPA) ikinci qurultayında iştirak etmək məqsədilə AR Polis Akademiyasının rəisi general-mayor Nazim Əliyev və Akademiyanın beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Ruslan Cəfərov Səudiyyə Ərəbistanına səfər etmişlər.

2013-cü ilin 14 may tarixində Səudiyyə Ərəbistanının tələbələri Azərbaycana səfər etmiş və səfər çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) olmuşlar.

ATGTİ-də qonaqlara Azərbaycanın ən böyük tələbə təşkilatının “Liderlik məktəbi”, “Yaşayan tarix”, “Univision”, “Gəzən kitabxana” və s. irimiqyaslı layihələri haqqında məlumat verilmişdir. Eyni zamanda, tələbələrə ATGTİ-nin ingilis dilində hazırlanmış bukletləri də paylanılmışdır.

Səudiyyə Ərəbistanının nümayəndələri isə öz ölkələrindəki tələbə özünüidarəetmə strukturları haqqında danışmışlar. ATGTİ-nin fəaliyyətini yüksək qiymətləndirən qonaqlar, iki ölkənin tələbə təşkilatları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulamışlar.

2013-cü ilin 29 may tarixində Bakıda “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” devizi altında keçirilmiş İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda  Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət nazirinin birinci müavini Abdullah əl-Cəssiri iştirak etmişdir. Forum çərçivəsində Cəssiri AR Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşmüşdür. Görüşdə Ə.Qarayev Azərbaycanın Səudiyyə Ərəbistanı ilə sivilizasiyalararası əlaqəni daha da genişləndirmək niyyətində olduğunu və bunun xalqlarımızın bir-birinin mədəniyyətini, incəsənətini daha da yaxından tanımasına böyük təkan verə biləcəyini vurğulamışdır. Əl-Cəssiri öz növbəsində, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında sıx əlaqələrin mövcud olduğunu və bu əlaqələri genişləndirmək üçün iki ölkə arasında mədəniyyət günlərinin təşkil olunmasının əhəmiyyətini vurğulamışdır. Səudiyyə Ərəbistanın dinlər və mədəniyyətlər arasında əlaqələri gücləndirməkdə həmişə maraqlı olduğunu qeyd etmişdir.

2013-cü ilin 29 may - 1 iyun tarixlərində Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilmiş Şərq-Qərb Nazirlər Konfransında SƏK-in Mədəniyyət və informasiya nazirinin müavini Abdulla ƏL-Jassirin başçılığı altında nümayəndə heyəti iştirak etmişdir.

2013-cü ilin 1-10 iyun tarixlərində Azərbaycan və Səudiyyə Ərəbistanı arasında beynəlxalq gənclər mübadiləsi proqramı çərçivəsində, Gənclər və İdman Nazirliyinin sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun baş məsləhətçisi Fərid Qurbanzadənin rəhbərliyi altında Azərbaycanlı gənclərdən ibarət nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər etmişdir. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) əməkdaşları, ATGTİ-yə Tələbə Gənclər Təşkilatlarının (TGT-lər) sədrləri də daxil olmuşlar.

2013-cü ilin 31 oktyabr - 01 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş “3-cü Bakı Beynəlxalq Humanitar Forumun”da Səudiyyə Ərəbistanının Ticarət və sənaye palatasının sədri, Ər-Riyad” qəzetinin köşə yazarı Abdullah bin Əbdülmöhsen əl-Fərəc iştirak etmişdir.

2013-cü ilin 17-21 noyabr tarixlərində Ər-Riyad şəhərində “İmam Məhəmməd bin Səud adına İslam Universitetində” SƏK Kralı Abdullah bin Əbdüləziz Əl-Səudun himayəsi altında keçirilmiş “Beynəlxalq İslam Fiqh Akademiyası Şurası Konfransı”nın 21-ci Sessiyası BDU-nun ilahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü şərqşünas-alim Vasim Məmmədəliyev iştirak etmişdir.

2013-cü ilin 18 noyabr tarixində Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində keçirilən Xəbər Agentliklərinin IV Dünya Konqresində Azərbaycanı AzərTAc-ın baş direktoru Aslan Aslanovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.

2014-cü ilin 21-23 yanvar tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Mədinə şəhərinin 2013-cü ildə “İslam Mədəniyyəti Paytaxtı” elan edilməsi və İSESCO-nun təşkilatçılığı ilə Mədəniyyət nazirlərinin “VIII İslam Konfransı”nda iştirak etmək məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığında səfərdə olmuşdur. Səfər zamanı nümayəndə heyətini AR-in SƏK-dəki Səfiri Rasim Rzayev müşayiət etmişdir.

2014-cü ilin 2-3 mart tarixlərində İslam Aləmi Liqasının Baş katibi Abdulla Əl-Türkinin dəvəti ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfərdə olmuşdur. Səfər çərçivəsində QMİ sədri İslam Aləmi Liqasının "İslam aləmi-problemlər və həlli yolları: İslam həmrəyliyi" mövzusunda təşkil etdiyi beynəlxalq konfransda "İslam həmrəyliyi günün aktual problemidir" adlı məruzə ilə çıxış etmişdir. Səfər zamanı QMİ sədrini AR-in SƏK-dəki Səfiri Rasim Rzayev müşayiət etmişdir.

2014-cü ilin 17-18 mart tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirlərinin 2-ci Konfransında Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimovun rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir. Səfər zamanı A.Rəhimovu Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Mehdi Nağıyev və Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfiri Rasim Rzayev müşayiət etmişlər.

2014-cü ilin 28 may - 02 iyun tarixlərində Bakıda keçirilmiş Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclasında Dünya Xəbər Agentlikləri Konqresinin sədri və Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn iştirak etmişdir. Səfər çərçivəsində A.F.Əl-Hüseyn Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvləri ilə birlikdə xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən qəbul edilmişdir.

2015-ci ilin 06-07 yanvar tarixlərində Səudiyyə Ərəbistanı Krallığının (SƏK) Xarici İşlər Nazirliyinin Diplomatik Araşdırmalar İnstitunun təşkilatçılığı ilə Ər-Riyadda “Səudiyyə Ərəbistanı, Orta Asiya və Xəzər dənizi ölkələri əlaqələri” mövzusunda seminar keçirilmişdir. Tədbirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistanın Səudiyyə Ərəbistanı Krallığında akkreditə olunmuş səfirləri, sözügedən ölkələrin müvafiq təhsil qurumlarının nümayəndələri, SƏK Diplomatik Araşdırmalar İnstitutunun rəhbərliyi, səudiyyəli diplomatlar, mütəxəssislər və Məşvərət Şurasının (parlamentin) üzvləri iştirak etmişlər. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayev və ADA Universitetinin Beynəlxalq əlaqələr ofisinin rəhbəri Rəhman Şahhüseynli təmsil etmişlər. R.Şahhüseynli “Azərbaycan-SƏK strateji əlaqələri” mövzusunda məruzə ilə çıxış etmişdir.

2015-ci ilin 03-06 iyun tarixlərində SAM-ın direktor müavini Gülşən Paşayeva və Mərkəzin əməkdaşı Kamal Qasımov SƏK-də səfərdə olmuşlar. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti iyunun 3-də Krallığın nüfuzlu elmi mərkəzlərindən olan Kral Feysəl Tədqiqatlar və İslam Araşdırmaları Mərkəzində olmuş və Mərkəzin baş katibi Yəhya Mahmud Bin Cüneydlə görüşmüşdür. Görüş zamanı iki ölkənin beyin mərkəzləri arasında əlaqələrin yaradılmasına və əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılmış, Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilmişdir. Iyulun 4-də Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Diplomatik Araşdırmalar İnstitutunun və Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə “Səudiyyə Ərəbistanı-Azərbaycan əlaqələri: Müştərək məsələlər” mövzusunda konfrans keçirilmişdir. Konfransda Krallığın nüfuzlu elmi mərkəzlərinin nümayəndələri, diplomatlar, politoloqlar və tədqiqatçılar iştirak etmişlər.

2015-ci ilin 02 dekabr tarixində AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Səfirliklə birgə Ciddədə İƏT-in mənzil-qərargahında “Dağlıq Qarabağ münaqişəsinin həllində İƏT-in rolu: keçmiş səylər və gələcək perspektivlər” mövzusunda beynəlxalq simpozium təşkil edilmişdir. Tədbirdə sözügedən mərkəzin direktor müavini Gülşən Paşayeva, mərkəzin  aparıcı elmi işçisi Kamal Makili-Əliyev, AR-in Səudiyyə Ərəbistanı Krallığındakı səfiri və İƏT yanında daimi nümayəndəsi Rasim Rzayev başda olmaqla Səfirliyin bir sıra diplomatları, İƏT Baş katibinin siyasi məsələlər üzrə müavini Səfir Abdulla Alimin başçılığı ilə Baş Katibliyin əməkdaşları, təşkilata üzv ölkələrin İƏT yanında daimi nümayəndələri və Ciddə şəhərində akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak etmişlər.

Qeyd: SƏK-də Azərbaycanın informasiya və mədəniyyət mərkəzləri fəaliyyət göstərmir, yerli nəşrlər və radio/televiziya proqramları mövcud deyil.

İmzalanmış sənədlər

  1. 1.     “Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında Saziş” (12 fevral 2001-ci il, Ər-Riyad)
  2. 2.     “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Ali Təhsil Nazirliyi arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında Memorandum” (15 yanvar 2007-ci il, Bakı)
  3. 3.     “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Baş İdarəsi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” (12 mart 2013-cü il, Mədinə şəhəri)
  4. 4.     “Azərbaycan Respublikasının Hökuməti və Səudiyyə Ərəbistanı Krallığının Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” (8 iyul 2015-ci il Ciddə şəhəri)

İqtisadi əməkdaşlıq 

2014-cü ildə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığı ilə ticarət dövriyyəsinin həcmi 14,66 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 14,53 mln. ABŞ dolları, ixracın həcmi 0,13 mln. ABŞ dolları olmuş, xarici ticarət saldosu isə mənfi 14,4 mln. ABŞ dolları təşkil etmişdir.

2014-cü ildə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 0,05 faiz (60-cı yer), o cümlədən idxalda 0,16 faiz (45-ci yer), ixracda isə 0,001 faiz (70-ci yer) təşkil etmişdir.

2013-cü illə müqayisədə, 2014-cü ildə Səudiyyə Ərəbistanı Krallığı ilə ticarət dövriyyəsi 51,65 faiz, o cümlədən idxal 51,99 faiz azalmış, ixrac isə 2,3 dəfə çox olmuşdur.

İdxalda azalmanın əsas səbəbi kimi ilkin formalı polietilen və polipropilen idxalındakı azalmanı göstərmək olar. İxracda artım isə xüsusi təyinatlı digər mexaniki qurğular və maşınlar ixracındakı artım hesabına olmuşdur.                                                               

İdxal olunan məhsullar:

Qoyun əti, təzə və ya soyudulmuş, cəmdəklər və şaqqalar

Digər pendirlər

Digər ədviyyatlar

Metanol (metil spirti)

Etilenqlikol (etandiol)

Monoetanolamin və onun duzları

Pərakəndə satış  üçün formalarda və ya bağlamalarda qablaşdırılan  digər dərman vasitələri

Tərkibində 80 kütlə % və daha çox titan oksidi olan titan dioksid əsasında hazırlanan preparatlar

Digər lak və boyaq maddələri, hazır sulu piqmentlər

Ətir və tualet suyu

Xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen

Xüsusi kütləsi 0,94 və ya daha çox olan ilkin formalı polietilen

İlkin formalı polipropilen

İlkin formalı propilen sopolimerləri

İlkin formalı digər akril polimerləri

İlkin formalı polietilentereftalat

Digər plastik kütlədən məsaməli digər plitələr, təbəqələr, lentlər

Təbii dəridən digər əlcəklər, əlliklər, təkbarmaq əlcəklər

Təbii dəridən qurşaqlar, qayışlar, aşırma qayışlar

Kişilər üçün pambıq parçası ipliyindən toxunma köynəklər

Kimyəvi saplardan qadın və ya qızlar üçün digər geyim əşyaları

İstifadə olunmuş paltarlar

İstilik və səs izolyasiyalı mineral materiallardan digər məmulatlar və qarışıqlar

Tərkibində asbest olan friksion materiallar və onlardan məmulatlar

Digər şüşədən süfrə qabları (içki qablarından başqa) və ya mətbəx qabları

Nazim çarxlar (maxovik) və şkivlər, şkiv blokları

İnersiyasız və ya akkumulyasiya edici elektrik su qızdırıcıları, batırılma elektrik qızdırıcı cihazlar

Konteynerlər

 

İxrac olunan məhsullar:

Ətir və tualet suyu

Pambıq parçası ipliyindən digər yataq ağları

İstifadə olunmuş paltarlar

Digər şüşədən süfrə qabları (içki qablarından başqa) və ya mətbəx qabları

Şüşə liflərindən digər məmulatlar

Qara metallardan digər boru fitinqləri

Korroziyayadavamlı poladdan mətbəx və yeməkxana məmulatları

Kəlbətinlər, passaticlər, pinsetlər, maşacıqlar və analoji alətlər

Məngənələr, sıxaclar və analoji məmulatlar

Xətti hərəkət üzrə pnevmatik güc qurğuları və mühərriklər

Distillə etmə və ya təmizləmə üçün qızdırıcı aparatlar

Yer və tunelqazan maşınların hissələri

Xüsusi təyinatlı digər mexaniki qurğular və maşınlar

Nazim çarxlar (maxovik) və şkivlər, şkiv blokları

Topoqrafik, meteoroloji, geofiziki cihazların hissələri

Ölçü və nəzarət cihazlarının hissələri

Heyvanları və ya digər canlıları  (insandan başqa) təsvir edən oyuncaqlar

1994-cü ilin 9-13 iyul tarixlərində Ümummilli liderimiz Heydər Əliyev Səudiyyə Ərəbistanında səfərdə olmuş, İki Müqəddəs Ocağın Xadimi, Kral Fəhd, İslam Konfransı Təşkilatı, İslam İnkişaf Bankı, İslam Aləmi Liqasının rəhbərləri və s. rəsmi şəxslərlə danışıqlar aparmış, Kəbəyə Ümrə ziyarəti etmişdir.

Səfər zamanı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa dair Baş Saziş imzalanmışdır. Səfərin yekunlarına dair Birgə Bəyanat qəbul edilmişdir.

Azərbaycan Respublikası-Səudiyyə Ərəbistanı Krallığı Hökumətlərarası Müştərək Komissiyasının birinci iclası 2001-ci ilin fevral ayında Bakıda keçirilmişdir. Müştərək Komissiyanın işinin sonunda iki ölkə arasında Protokol imzalanmışdır.

2004-cü ilin 14-15 fevral tarixlərində Ər-Riyadda Azərbaycan Respublikası-Səudiyyə Ərəbistanı Krallığı Hökumətlərarası Müştərək Komissiyasının ikinci iclası keçirilmiş və iclasın sonunda Protokol imzalanmışdır.

2013-cü ilin 10-11 dekabr tarixlərində Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında Bakı şəhərində Müştərək Komissiyanın 3-cü iclası keçirilmiş və iclasın sonunda Protokol imzalanmışdır. Müştərək Komissiyanın 3-cü iclası çərçivəsində 100-dən çox iş adamının iştirakı 1-ci Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçirilmişdir. İclasda çıxış edən İqtisadiyyat və Sənaye naziri, Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev bildirmişdir ki, Azərbaycanda fəaliyyət göstərən 6 Səudiyyə Ərəbistanı kapitallı şirkət tərəfindən ölkə iqtisadiyyatına 368 mln. ABŞ dolları həcmində investisiya yatırılıb.

2014-cü ilin 29 aprel tarixində Səudiyyə Ərəbistanı Krallığının Sənaye və Ticarət naziri Tofıq Əl-Rəbiənin (Al Rabiah) rəhbərliyi və Səudiyyə Ərəbistanı Ticarət Palatası Şurasının təşkilatçılığı ilə Ər-Riyad şəhərində Ərəb ölkələrinin Ticarət Palataları və Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin Ticarət Palataları arasında müştərək iclas keçirilmişdir.

İclasda Azərbaycan tərəfindən isə AR İqtisadiyyat və Sənaye nazirliyinin əməkdaşları, Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) müşaviri, iş adamları iştirak etmişlər.

İclasda Ərəb ölkələri, Azərbaycan və Orta Asiya dövlətləri arasında iqtisadi əlaqələrin, eləcə də sərmayəçi və iş adamları arasında münasibətlərin gücləndirilməsi məqsədilə tərəflər arasında müştərək işçi şuranın yaradılması, gömrük rüsumu, vizaların rəsmiləşdirilməsi, biznesin təhlükəsizliyi və onun qorunmasına dair məsələlər müzakirə edilmişdir.

İclasda iştirakçılar Ərəb ölkələrinin Ticarət Palataları, Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin Ticarət Palataları arasında növbəti iclasın 2016-cı ildə keçirilməsinə dair razılıq əldə etmişlər. Görüşün sonunda yekun bəyanat qəbul edilmişdir

Neft sahəsində əməkdaşlıq

20 sentyabr 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi" imzalanan zaman SƏK də bu müqavilədə təmsil olunub. "Əsrin müqaviləsi"ndə Səudiyyə Ərəbistanının Delta-Hess şirkəti-2,72% paya malik olmuşdur.  

2004-cü ilin 2-6 oktyabr tarixlərində Azərbaycan Respublikasının Yanacaq və Energetika Naziri M. Kərimov Səudiyyə Ərəbistanında səfərdə olmuşdur.

Səfər çərçivəsində M.Kərimov Neft və Mineral Ehtiyatlar Naziri Ə.əl-Nəimi, Ticarət və Sənaye Naziri və Azərbaycan Respublikası-Səudiyyə Ərəbistanı Krallığı Hökumətlərarası Müştərək Komissiyasının həmsədri H.Yaməni görüşlər keçirmişdir.

2010-ci ilin 17-21 oktyabr tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Neft və Mədən Sərvətləri Naziri Əli əl-Nəiminin dəvəti ilə  Azərbaycan Respublikasının Sənaye və Energetika Nazir Natiq Əliyev və onu müşayiət edən nümayəndə heyəti Səudiyyə Ərəbistanında rəsmi səfərdə olmuşlar.

2012-cu ilin 25 may tarixində Bakıda ARDNŞ-in Baş ofisində "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Səudiyyə Ərəbistanının "Soroof İnternational" şirkəti arasında neft-qaz sahəsində Səudiyyə Ərəbistanı Krallığında uzunmüddətli layihələrin yerinə yetirilməsi haqqında Anlaşma memorandumu" imzalanmışdır. Memorandumda tərəflər Səudiyyə Ərəbistanı Krallığı ərazisində fəaliyyət göstərəcək birgə müəssisənin yaradılması və həmin müəssisənin vasitəsilə neft-qazın kəşfiyyatı, hasilatı, işlənilməsi, emalı, nəqli habelə neft kimyası sahələrində uzunmüddətli müştərək layihələri həyata keçirmək niyyətlərini bildirmişlər.

Bu münasibətlə Azərbaycana səfər etmiş Səudiyyə Ərəbistanının "Soroof İnternational" şirkətinin prezidenti Şahzadə Bəndər Bin Abdullah Bin Məhəmməd Əl-Səud ARDNŞ-in prezidenti Rövnəq Abdullayev ilə görüşmüşdür.

Səfirlik iki ölkə arasında neft-qaz sahəsində təlim-təcrübə və kadr mübadiləsinin aparılmasını təklif edir.                                                                

Maliyyə sahəsində əməkdaşlıq

2002-ci ilin 28 dekabr tarixində Səudiyyə İnkişaf Fondu Bakı şəhərində orta məktəb binalarının tikinti layihələrini həyata keçirmək məqsədilə Azərbaycan Hökumətinə 35.7 milyon rial həcmində kredit ayrılması barədə qərar qəbul etmişdir.

2005-ci ilin 8-10 mart tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Fəhd bin Əbdüləziz Al Səudun dəvəti ilə Səudiyyə Ərəbistanında rəsmi səfərdə olmuşdur.

Səfər çərçivəsində zamanı “Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”, Səudiyyə Ərəbistanı Krallığının İnkişaf Fondu ilə Vəlvələçay-Taxtakörpü kanalının tikinti layihəsinin maliyyələşdirilməsinə dair 18 milyon dollarlıq Kredit Sazişi və İslam İnkişaf Bankı ilə Yevlax-Gəncə magistral yolunun və Samur-Abşeron kanalının Vəlvələçay-Taxtakörpü hissəsinin yenidən qurulmasına dair Kredit Sazişləri imzalanmışdır. Həmin sazişlərə əsasən, İslam İnkişaf Bankı layihələrin hər birinə 10 milyon dollar məbləğində kredit ayıracağını öhdəsinə götürmüşdür.

2005-ci ilin sentyabr ayında Səudiyyə Ərəbistanı hökuməti işğaldan azad olunmuş Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və həmin ərazilərin reabilitasiyası üçün Azərbaycan hökumətinə 50 min ABŞ dolları həcmində yardım göstərmişdir.

2007-ci ilin 22-24 oktyabr tarixlərində Azərbaycan Respublikası Baş Nazirinin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri Ə.Həsənov Səudiyyə Ərəbistanında səfərdə olmuşdur.

Səfər zamanı Ə.Həsənov Səudiyyə İnkişaf Fondunun rəhbərliyi, İslam İnkişaf Bankının Prezidenti Ə.M.Əli və digər rəsmilərlə görüşmüşdür.

2009-cu ildə Səudiyyə İnkişaf Fondu Abşeronun su təchizatı və kanalizasiya sisteminin bərpa və genişlənməsinə 25 milyon ABŞ dolları məbləğində kredit ayırıb.

2010-cu ilin 23-24 iyun tarixlərində Bakıda keçirilmiş İslam İnkişaf Bankının Direktorlar Şurasının 35-ci illik toplantısında Səudiyyə Ərəbistanı Krallığının Maliyyə Naziri, Ərəb Səudiyyə Valyuta Müəssisəsi və Səudiyyə İnkişaf Fondunun rəhbəri İbrahim bin Əbdüləziz Əl-Assafın başçılıq etdiyi Səudiyyə Ərəbistanı nümayəndə heyəti iştirak etmişdir.

2011-ci ildə Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında "Naxçıvan Muxtar Respublikasında Selə Qarşı Tədbirlər, Suvarılan Ərazilərin Modernləşdirilməsi və Genişləndirilməsi Layihəsinə dair İstisna Sazişi" imzalanmışdır.

2011-ci ildə "Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında Ucar-Zərdab-Ağcəbədi avtomobil yolunun genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə Texniki-İqtisadi Əsaslandırmanın hazırlanmasına dair Texniki Yardım (Qrant) Sazişi" imzalanmışdır.

2012-ci ildə "Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı" layihəsinin maliyyələşdirilməsi üzrə Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında İstisna Sazişi" imzalanmışdır.

2014-cü ilin 13 may tarixində Ərəb ölkələri ilə Mərkəzi Asiya dövlətləri və Azərbaycan Respublikası arasında iqtisadiyyat və əməkdaşlıq üzrə Forumun birinci iclasında iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə işgüzar səfəri çərçivəsində AR Xarici İşlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanı Krallığının Maliyyə naziri İbrahim Əbdül Əziz Əl-Əssaf “Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergi-tutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiyaya protokol”u imzalamışlar. 

2014-cü ilin iyul ayının 3-də "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Səudiyyə İnkişaf Fondu arasında kredit sazişi imzalanmışdır. Kredit Sazişi 18 sentyabr 2014-cü ildə AR Milli Məclisi tərəfindən təsdiqlənmişdir.

Kredit sazişinə əsasən Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenilənməsi və genişləndirilməsi layihəsinə SİF tərəfindən 35 milyon ABŞ dolları (131.5 milyon SAR) vəsait ayrılmışdır.

Kredit sazişini Azərbaycan tərəfdən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov və Səudiyyə Ərəbistanı tərəfdən Səudiyyə İnkişaf Fondunun sədr müavini və icraçı direktoru Yusif Al-Bassam imzalamışlar.

SƏK-in "Xaricdə Kənd Təsərrüfatı Sahəsinə Sərmayələr Yatırılması üzrə Kral Təşəbbüsü" Səudiyyə Ərəbistanı Krallığını Azərbaycanı sərmayə qoyulması üçün tövsiyə edilmiş prioritet ölkələrdən sayır. Bu təşəbbüs çərçivəsində dənli bitkilər (buğda, arpa, düyü, qarğıdalı və s.), qırmızı ət, balıq, soya, şəkər, yağlı toxumlar və yaşıl yemlər Krallıq üçün strateji əhəmiyyət kəsb edən məhsullar sayılır. Xaricdə Kənd Təsərrüfatı Sahəsinə Sərmayələr Yatırılması üzrə Kral Təşəbbüsü"nün direktoru Al-Xəlilin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri planlaşdırılır. "Xaricdə Kənd Təsərrüfatı Sahəsinə Sərmayələr Yatırılması üzrə Kral Təşəbbüsü"nün mahiyyəti ondan ibarətdir ki, dövlət və özəl sektordan olan səudiyyəli iş adamları xaricdə buğda, arpa, düyü, soya becərilməsi, balıqçılıq və heyvandarlığa sərmayə yatırır və sonradan istehsal olunmuş məsulların minimum 50%-i öz tələbatlarını təmin etmək üçün Krallığa göndərilir. Pakistan, Qazaxıstan, Filippin, Avstraliya, Türkmənistan, Özbəkistan, Qırğızıstan, İndoneziya, Hindistan, Çin, Vyetnam, Sudan, Misir, Efiopiya, Tanzaniya, Uqanda, Seneqal, Cənubi Afrika Respublikası, Mali, Keniya, Niger, Ukrayna, Türkiyə, Rusiya, Rumıniya, Polşa, Bolqarıstan, Argentina, Uruqvay, Kanada və Braziliya Kral Abdullah Təşəbbüsünün sərmayə yatırılması üzrə hədəfində olan ölkələrdir. Hal-hazırda hədəfdə olan ölkələrin siyahısında 31 ölkə mövcuddur və siyahıya yeni ölkələrin əlavə olunması mümkündür. Krallığın Azərbaycana maraq göstərdiyi mühüm sahələrdən biridə turizmdir.

2015-ci ilin may aynın 15-də Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Bin Fauzan Ər-Rəbiənin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər etmişdir. Səfər zamanı Tofiq Bin Fauzan ilə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri, Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev arasında görüş keçirilmişdir. Görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi olmuşdur. Səfər çərçivəsində Heydər Əliyev Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə II Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçirilmişdir. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, logistika, turizm, konsaltinq, neft-kimya, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 300-dən çox iş adamı iştirak etmişdir.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir. Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Bin Fauzan Əl-Rəbiənin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti səfər çərçivəsində "Bakı Ağ Şəhər"də olmuş, burada görülmüş işlərlə, tikilmiş bina və obyektlərlə tanış olmuşlar. Səudiyyə Ərəbistanından olan qonaqlara "Bakı Ağ Şəhər" layihəsi barədə ətraflı məlumat verilmişdir. Nümayəndə heyətinə daxil olan iş adamları Sumqayıt Kimya Sənaye Parkında olmuş, burada qonaqlar üçün sənaye parkının təqdimatı keçirilmişdir. Səfər zamanı nümayəndə heyətini Səfir Rasim Rzayev müşayiət etmişdir.

2015-ci ilin iyul ayının 8-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında hava əlaqəsi haqqında Saziş imzalanıb.

Sazişi Azərbaycan Hökuməti adından ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev, Səudiyyə Ərəbistanı Krallığı Hökuməti adından Baş Mülki Aviasiya Administrasiyasının vitse-prezidenti Feysəl Həməd Əl-Suğeyr imzalayıblar. İmzalanma mərasimində Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası direktorunun müavini Hacıağa Hacıyev, habelə Səudiyyə Ərəbistanı Baş Mülki Aviasiya Administrasiyasının nümayəndələri iştirak ediblər.

2015-ci ilin 15 dekabr tarixində SƏK-in Ər-Riyad şəhərində Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyasının 4-cü iclası keçirilmişdir.

İclasda Müştərək Komissiyanın həmsədrləri - iqtisadiyyat və sənaye naziri Şahın Mustafayev və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osmamn rəhbərliyi ilə hər iki tərəfdən aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.

İclasda çıxış edən həmsədrlər ölkələrimiz arasında əlaqələrin inkişafına dair geniş məlumat verərək, komissiyanın 3-cü iclasından ötən dövr ərzində görülmüş işlərə nəzər salmışlar.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclasının yekunlarına dair Protokol imzalanmışdır.

15 dekabr tarixində Müştərək Komissiyanın iclası ilə yanaşı 3-cü Səudiyyə Ərəbistanı-Azərbaycan biznes forumu da keçirilmişdir. Tədbirdə hər iki tərəfdən kənd təsərrüfatı, qida sənayesi, tikinti, maliyyə və konsaltinq, turizm, logistika vo səhiyyə sahələrində fəaliyyət göstərən 100-dən çox iş adamı iştirak etmişdir

Biznes forum çərçivəsində ilk dəfə olaraq Azərbaycanın qida məhsullarının Səudiyyə Ərəbistanında sərgisi də təşkil edilmişdir. Sərgidə Azərbaycan şirkətlərinin 40-dan çox adda kənd təsərrüfatı və qida məhsullan nümayiş olunub, qonaqlara Azərbaycanın biznes və investisiya mühitinə dair bukletlər və digər çap materialları paylamb. Forumda Azərbaycan və Səudiyyə Ərəbistanı tərəfindən hər iki ölkənin iqtisadiyyatına, investisiya mühiti və biznes imkanlarma dair təqdimatlar keçirilmişdir, Biznes forum iki ölkənin iş adamları arasında əlaqələrin inkişafına, birgə layihələrin həyata keçirilməsinə, ticarət əlaqələrinin genişləndirilməsinə dair ikitərəfli görüşlərlə başa çatmışdır.

Səfər zamanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif Əl-Osman, Səudiyyə Ərəbistanı Ticarət və Sənaye Palatalar Şurasının sədri Abdul Rahman Əl-Zamil və Səudiyyə Ərəbistanın Əsas Sənaye Korporasiyasının (SABİC) baş icraçı direktoru Yusif Abdulla Əl- Beııyan ilə görüşmüşdür. Görüşlərdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri, iş adamları arasında əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.

2016-cı ilin 24-26 yanvar tarixlərində SƏK Kralı Salman bin Əbdüləziz Al Saudun himayəsi altında və Səudiyyə Ərəbistanı Baş investisiyası Qurumunun (SAĞIA) təşkilatçılığı ilə Ər-Riyad şəhərində 9-cu Qlobal Rəqabətlilik Forumu keçirilmişdir.

Qlobal Rəqabətlilik Forumunda 2500-dən çox yerli və xarici nümayəndə iştirak etmiş və forumun iclaslarında qlobal biznes liderləri, beynəlxalq siyasi liderlər, seçilmiş ziyalılar və jurnalistlərdən ibarət 80 natiq çıxış etmişdir.

Forumda əsasan, sektorlararası rəqabət mühitinin inkişafı və hökumətin rəqabət qabiliyyətini artırmaq üçün rəhbər tutmalı olduğu strategiya və ən əsası davamlı iqtisadi inkişafın təmin olunmasında rolu müzakirə edilmişdir. Bundan əlavə tədbirdə informasiya və kommunikasiya texnologiyası, təhsil, nəqliyyat, biologiya, səhiyyə kimi iqtisadiyyatın inkişafına və sosial rifah səviyyəsinin yüksəldilməsinə birbaşa təsir göstərən əsas sahələr diqqət mərkəzində olmuşdur. Forumun proqramında həmçinin xidmət sahələri (turizm, maliyyə xidməti, daşınmaz əmlak və s.) öz əksini tapmışdır. Qlobal və yerli perspektivdə innovasiyanm əhəmiyyəti və sektorlararası rəqabətə nail olmaqla yüksək səviyyədə məhsuldarlığın təmin edilməsi panellərin əsas müzakirə mövzusunu təşkil etmişdir. Eyni zamanda müzakirələrdə iqtisadiyyatın şaxəlanməsi və artmaqda olan gənc nəsil üçün iş yerlərinin açılması məsələsinə də toxunulmuşdur. Forum çərçivəsində şirkətlərin sərmayə imkanlarının nümayiş etdirilməsi məqsədi ilə ''Səudiyyə Ərəbistanında Sərmayə” sərgisi də keçirilmişdir.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyinin dövlətlararası iqtisadi əlaqələr şöbəsinin müdiri Orxan Məmmədov təmsil etmişdir,

Son yenilənmə tarixi: 07 mart 2016-cı il

 

Arxiv üzrə axtarış