Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyrilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Türkiyənin İstanbul şəhərində keçirilən Zirvə toplantısında iştirakı çərçivəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyrilə görüşüb.
Görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətindən və İƏT çərçivəsində birgə fəaliyyətdən məmnunluq ifadə olundu və əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd edildi. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğuladılar.
Nazirlər iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə nümayəndə heyətlərinin mübadiləsi, XİN-lərarası təmasların artırılması və yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil edilməsinin zəruriliyini bildirdilər.
Görüşdə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.